Maide.az

Bakıda 6-cı mərtəbədən yıxılan qadın sağ qalıb

Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.   1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.   Ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.   Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır  qiymətləndirilir. /Report