Bakıda 3 avtomobil toqquşub, bir nəfər həlak olub
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 14-də Sabunçu qəsəbəsi Aeroport şossesində Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Seyfəl Əliyevin idarə etdiyi «Kia-Cerato», 1988-ci il təvəllüdlü Ruslan Məmmədovun idarə etdiyi «Nissan-Teana» və 1989-cu il təvəllüdlü Mirməmməd Bağırovun idarə etdiyi «Mercedes» markalı avtomobillər toqquşub. Nəticədə, S.Əliyevin sərnişini - anası 1942-ci il təvəllüdlü Zemfira Ağayeva aldığı xəsarətdən 3 saylı Şəhər Klinik xəstəxanasında ölüb./