Maide.az

Bakıda 21 yaşlı məcburi köçkün intihar edib

Bakıda intihar hadisəsi baş verib.   Hadisə Sabunçu rayonu Şuşa şəhərciyində qeydə alınıb.   Kəlbəcər rayonundan məcburi köçkün olan, 1994-cü il təvəllüdlü Mahmud Əsgər oğlu Əsgərov yaşadığı evdə özünün asaraq intihar edib.   M. Əsgərov intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda sağalmaz xəstəliyə düçar olduğuna görə bu addımı atdığını qeyd edib.