Maide.az

Bakıda 160 saylı marşrut avtobusu qəza törədib, ölən var

Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.   Hadisə bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.   Faktla bağlı araşdırma aparılır.