Maide.az

Bakıda 14, bəzi rayonlarda 19 dərəcə isti gözlənilir

Bakı və Abşeron yarımadasında aprelin 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.   Havanın temperaturu gecə 4-6, gündüz 9-14 dərəcə isti olacaq.   Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.   Azərbaycanın rayonlarında aprelin 5-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.   Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə güclənəcək.   Havanın temperaturunun gecə 4-9, gündüz 14-19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.