Maide.az

Bakıda 10-a yaxın maşın toqquşdu - Qarın fəsadları+Foto

Dünən axşam saatlarından başlayan qar bu gün səhər zəncirvari yol qəzasına səbəb olub.   “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib.   Qarlı hava şəraiti ilə bağlı idarəetməni itirən sürücülərin avtomobilləri bir-birilə toqquşdurublar. Nəticədə 10-a yaxın maşına ciddi ziyan dəyib.   Qəza şosse yolunda uzun tıxaca səbəb olub. Yol Polisi əməkdaşları hadisə yerinə cəlb olunub və yol hərəkəti bərpa edilib.