`Bakcell`ə məxsus ötürücü qüllə yanıb
Bakı şəhərinin Yasamal rayonunda "Bakcell" şirkətinə məxsus ötürücü qüllə yanıb. Maide.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qülləyə bitişik restoran yanğından mühafizə olunub. Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.