Maide.az

Bakı əhalisinin sayı açıqlanıb

Ötən il paytaxt əhalisinin sayı 14 940 nəfər artıb.    Oxu.Az-ın məlumatına görə, bu, 0,7 faizə qədər artım deməkdir.   2019-cu ilin yanvarın 1-nə olan statistikaya görə, hazırda Bakıda əhalinin sayı 2 277 500 nəfərə çatıb.    Əhalinin 49,7 faizini kişilər, 50,3 faizini isə qadınlar təşkil edir. Hər bir kvadrat kilometrə düşən əhali sayı isə 1064 nəfərdir.