Maide.az

Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yanğın baş verib - FOTO

Bakıda yanğın hadisəsi baş verib.  Hadisə Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yaxınlığında inşa olunan yarımtikilidə baş verib.  Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub və yanğının söndürülməsi istiqamətində iş aparılır. Yanğının səbəbləri hələlik məlum deyil.