Maide.az

Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.   Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.   Məlumatda deyilir ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.   Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.