Maide.az

Bakı-Təbriz-Bakı aviareysi üzrə uçuşlar dayandırılır

Sərnişin qıtlığı ilə əlaqədar Bakı-Təbriz-Bakı aviareysi üzrə uçuşlar oktyabr ayına qədər dayandırılır.   Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib.   Xidmət rəisinin sözlərinə görə, bu istiqamət üzrə sonuncu reys fevralın 3-ü yerinə yetiriləcək və cari ilin oktyabr ayınadək uçuşlar dayandırılacaq.