Maide.az

Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib

Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib.   Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Bakı-Sumqayıt marşrutu ilə hərəkətdə olan sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “VAZ-2107” “Subaru” markalı minik avtomobilinə dəyib.   Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.   Qəza səbəbindən Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb.   Faktla bağlı araşdırma aparılır.  /APA