Maide.az

Bakı-Sumqayıt yolunda 2 avtobus toqquşdu: ölən var

Bakı-Sumqayıt yolunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.   Maide.Az lent.az-a istinadən bildirir ki, magistralın 21-ci kilometrliyində avtobus dayanacağının yaxınlığında "Ford" və "Mitsubishi" markalı iki avtobus toqquşub. Nəticədə avtobusların arasında qalan 49 yaşlı qadın aldığı xəsarətdən vəfat edib.   Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /