Maide.az

Bakı-Sumqayıt sürət qatarları sentyabrda işə düşəcək

“Stadler” ikimərtəbəli sürət qatarları sentyabrın əvvəlində Bakı-Sumqayıt marşrutu üzrə işə düşəcəklər.   Bu barədə "Trend"ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.   Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyası bərpa olunacaq: “Hazırda Sumqayıt sərnişin stansiyasının platformasında tikinti işləri gedir. Qatar sürətli olduğu üçün xətlərdə keçidlər ləğv edilir, Bakı daxilində isə çəpərlənmələr quraşdırılır”. /