Maide.az

Bakı-Sumqayıt qatarının Siyəzənə getməsi ilə bağlı rəsmi açıqlama

Dünən Bakı-Sumqayıt qatarının Sumqayıt əvəzinə Siyəzənə gedib çıxması barədə məlumatlar yayılıb.   Maide.az "baku.ws"ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində bildirilir ki, qatar 40 dəqiqə əvəzinə sərnişinləri mənzilbaşına 2 saata aparıb. Səbəb də, maşinistin dəmiryol ayrılmasını səhv salması olub. Nəticədə qatar gedib Siyəzənə çıxıb.   Bundan başqa, sərnişinlər Bakı-Sumqayıt qatarının gecikmə ilə işlədiyindən də narazılıqlar edirlər.   Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirovla əlaqə saxladıq.   Qurum rəsmisi bildirdi ki, deyilənlərin hamısı şayiədir. Onun sözlərinə görə, Bakı-Sumqayıt qatarı Siyəzənə getməyib.   "Yalandan ağızlarına gələni yazırlar. Belə bir şey olmayıb və ola da bilməz”, - deyə Mədət Şıxəmirov bildirib.   Qurum rəsmisi qatarın hərəkət qrafikində gecikmələrə də aydınlıq gətirib. O bildirib ki, dəmiryolunda aparılan təmir və yenidən qurma işlərilə əlaqədar 5-10 dəqiqə gecikmələr olur: "Hazırda həmin istiqamətdə təmir işləri parılır. Buna görə də, bir müddət qatarların hərəkətində gecikmələr olması mümkündür. Lakin təmir işləri yekunlaşdıqdan sonra qatarların hərəkətində heç bir problem olmayacaq”.