Maide.az

Bakı-Sumqayıt qatarının hərəkəti dayandırılır

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq.   Bu haqda Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.   S.Qədirova deyib ki, buna səbəb yeraltı keçidin tikintisidir:   “Baş Sumqayıt-Sumqayıt-sərnişin stansiyaları arasında yeraltı keçidin tikintisi aparılır. Bununla əlaqədar olaraq 2017-ci ilin mart ayının 18 və 19 tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq”.