Maide.az

Bakı-Sumqayıt qatarları iki gün işləməyəcək

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.   Maide.Az bildirir ki, bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.   Məlumata görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12 və 13-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti  ləğv edilir.