Maide.az

Bakı-Sumqayıt qatarı ilə bağlı YENİLİK - TƏZƏ TARİFLƏR

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.   Maide.Az bildirir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə deyib ki, 19 noyabr 2016-cı il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.   Qatarların hərəkət cədvəli barədə sərnişinlərə əlavə məlumat veriləcək.   Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri İstiqamət Tarif (manatla) ekonom biznes Bakı-Sumqayıt (Sumqayıt-Bakı) 0.80 1.20 Bakı-Biləcəri (Biləcəri-Bakı) 0.30 0.80 Bakı-Xırdalan (Xırdalan-Bakı) 0.40 1.0 Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) 0.20 0.40 Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) 0.60 1.0 Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) 0.40 0.80