Maide.az

Bakı-Sumqayıt qatarı 27 yaşlı qadını vurub

Bakı-Sumqayıt qatarı dəmiryol xəttini keçən qadını vurub.   APA-nın məlumatına görə, hadisə Xırdalan şəhəri ərazisində baş verib.   Aprelin 1-i axşam saatlarında 27 yaşlı Tünzalə İsgəndərova dəmiryol xəttini keçmək istəyib. Bu vaxt Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarı qadını vurub.   Gülnarə İsgəndərova ağır xəsarətlər alıb və Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.   Xəstəxanadan verilən məlumata görə, 27 yaşlı qadının vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.   Faktla bağlı araşdırmalara başlanılıb.