Maide.az

Bakı-Sumqayıt şossesi istiqamətində hərəkət məhdudlaşdırılıb

Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən (Şamaxinka) Bakı-Sumqayıt şossesi istiqamətində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.   Bu barədə “APA-Economics”ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.   Sürücülərə alternativ olaraq Moskva prospekti əsas yoldan və Asif Məhərrəmov küçəsindən istifadə etmələri tövsiyə olunur. /