Maide.az

Bakı-İstanbul aviareysində gecikmə yaranıb

Bu gün Bakı-İstanbul (Sabiha Gökçen hava limanına) istiqamətinə yerinə yetirilən aviareysdə ləngimə baş verib.   “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, gecikməyə səbəb təyyarədə yaranan texniki nasazlıq olub.   “Qeyd edilən istiqamət üzrə saat 07:50-də uçmalı olan təyyarə saat 10:10 havaya qalxıb. Buna səbəb təyyarədə yaranan texniki nasazlıqdır. Lakin narahatlığa heç bir əsas yoxdur”, - deyə M. Səfərli qeyd edib. /