Maide.az

Bakı-Quba yolunda zəncirvari qəza baş verib - FOTO

 Səhər saatlarında Bakı-Quba yolunda yol qəzası baş verib.   Maide.Az "Report"a istinadla xəbər verir ki,  Xırdalan-Masazır dairəsinin üzərindəki körpüdə "Mercedes" markalı avtomobil BMW-yə, digər "Mercedes" isə arxadan ona çırpılıb.   Hər 3 maşına ciddi ziyan dəyib. Hadisə yerinə sığorta və polis işçiləri cəlb olunub.   Qəza nəticəsində yolda tıxac yaranıb. Hazırda DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir.