Maide.az

Bakı-Quba yolunda maşın piyadanı vurub öldürdü

Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.   Maide.Az "apa"-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.   "90-NK-668" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.   Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.   Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.   Araşdırma aparılır.