Maide.az

Bakı-Quba yolunda iki maşın toqquşub

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.   APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusla minik maşının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib.   Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.