Maide.az

Bakı-Qazax yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu gün səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72-ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.   Maide.Az xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, işlərin aparıldığı hissədə nəqliyyat vasitələrinin hərəkətində tam və qismən məhdudlaşdırılma olacaq.   Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq. /