Maide.az

Bakı-Qazax qatarında sərnişin vəfat edib

62 yaşlı Tovuz sakini qatarda ölüb.   Gecə saat 3.30 radələrində Bakı-Qazax qatarının sərnişini-Tovuz şəhər sakini, 1954-cü il təvəllüdlü Ağayev Əlibala Məmmədyusif oğlu ürək tutmasından vəfat edub. Adı çəkilən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan morquna təhvil verilib.   Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. (apa)