Maide.az

Bakı-Qazax magistral yolunda maşın aşıb, xəsarət alanlar var

Bakı-Qazax magistralında iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.   Hadisə yolun 490-cı kilometrliyində, Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb.   Şəmkir rayonu Keçili kənd sakini, 1986-cı il təvəllüdlü Ələkbərov Elsevər Rövşən oğlu idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarına aşırıb.   Nəticədə sürücü və sərnişini, xalası oğlu, 1996-cı il təvəllüdlü Əjdərli Ülfət Yaqub oğlu müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.   Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.   Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa) /