Maide.az

Bakı-Məşhəd aviareysi üzrə ilk uçuş həyata keçirilib -YENİLƏNİB

Avqustun 10-da Bakı-Məşhəd reysinin ilk uçuşu həyata keçirilib.   Maide.Az-ın xüsusi müxbirinin məlumatına görə, bu gün baş tutan ilk uçuşda  İranın Azərbaycandakı səfiri Möhsin Pakayin, parlament nümayəndələri,  jurnalistlər və bir neçə  Əhli-Beyt (ə) şairi Məşhədə uçublar.    Onların  səfəri bu gün axşam başa çatacaq.    Sözügedən reys həftədə iki dəfə (Bazar və 3-cü günlər) həyata keçiriləcək. Yerli vaxtla saat 18-də Məşhədin Şəhid Haşeminejad hava limanından Bakıya uçan təyyarə saat 21 –də Bakını Məşhəd istiqamətində tərk edəcək.    Sevinirik və Allaha şükür edirik ki, bu gün Azərbaycanın Əhli –Beyt (ə) tərəfdarları çoxdankı arzularına çatdılar və Bakı-Məşhəd aviareysi üzrə ilk uçuş həyata keçirildi. Bunu Maide.Az-a açıqlamasında İranın azərbaycandakı səfiri Möhsün Pakayin deyib.    M.Pakayin deyib ki, bu reysin açılması ziyarətdən başqa Azərbaycan və İran arasında  ticarət və turizmin inkişafına da təkan verəcək. "Xorasan Rəzəvi əyalətində ticarət və investisiya üçün geniş potensial mövcuddur və ümid edirik ki, bu aviareysin açılamsı ilə həmin əyalətdəki iqtisadi, sənaye və turizm potensialından geniş istifadə edəcəklər.”   Bakı-Məşhəd reysini "ATA Airlines" şirkəti 150 nəfərlik AirBus 320 təyyarəsi ilə həyata keçirəcək    Qeyd edək ki, bundan öncə İyunun 16-da İran İslam Respublikasının "ATA Airlines" şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilmişdi.