Maide.az

Bakı-Horadiz qatarının hərəkət qrafiki müvəqqəti dəyişir

Dəyişiklik aprelin 4-dək qüvvədə qalacaq   Bu gündən etibarən Bakı-Horadiz-Bakı sərnişin qatarının hərəkət qrafiki müvəqqəti olaraq dəyişir.    Bu barədə “Azərbaycan Dəmir Yolları”QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumatda bildirilib.   Belə ki, Vətəgə-Xələc mənzilində aparılan əsaslı təmiri ilə əlaqədar olaraq aprelin 4-dək 672/671 saylı Bakı-Horadiz-Bakı sərnişin qatarı İmişli stansiyasına kimi hərəkət edəcək. /