Maide.az

Bakı-Şamaxı-Yevlax magistralı çökdü – VİDEO – FOTO

Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib.    Maide.Az-ın ARB TV-yə istinadən xəbərinə görə, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib.   Yolun Şamaxı ərazisində asvalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub.   İdarədən həmçinin bildirilib ki, sürüşmə baş verən yola alternativ olaraq yeni yol çəkilir.