Maide.az

Bakı-Akstafa-Qazax sərnişin qatarı ləğv edilir

İyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv ediləcək.Bunu Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. QSC-dən verilən məlumata görə, bu istiqamətdə sərnişinlər iyulun 16-dan etibarən Bakı-Böyük Kəsik qatarından istifadə edəcəklər. "İyulun 15-dən Bakı-Ağstafa-Qazax qatarı ləğv olunacaq və bu istiqamətdə iyulun 16-dan yalnız bir qatar - Bakı-Böyük Kəsik hərəkət edəcək", - deyə QSC-dən bildirilib. ADY QSC-dən verilən məlumata görə, bu ləğv olunma bir tərəfdən Bakı-Akstafa-Qazax istiqamətində hərəkət edən qatardakı vaqonların istismar müddətini başa vuraraq təmir olunmasına zərurət yaranması, digər tərəfdən isə qatarların hərəkətinin optimallaşdırılması ilə bağlıdır. ADYQSC-dən əalvə ediblər ki, Bakıdan Böyük Kəsik istiqaməti üzrə qatar saat 23:00-da yola düşəcək.