Maide.az

Bahar havası olacaq

Fevralın 16-da Bakı və Abşeronda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-6, gündüz 9-13 dərəcə isti olacaq. Bakıda isə gecə 4-6, gündüz 10-12 dərəcə isti gözlənilir.   Ölkə rayonlarında da əsasən sabit hava proqnozlaşdırılır.   Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var.   Havanın temperaturu gecə 0-3, gündüz 9-14 dərəcə isti olacaq.    Yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcəyədək isti gözlənilir./