Maide.az

Baş həkim: “Böyrək xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb”

Son illər Azərbaycanda böyrək xəstəlikləri, xüsusən ana və hamilələrdə böyrək çatışmazlığı xeyli artıb.   APA-nın xəbərinə görə, Respublika Klinik Xəstəxananın baş həkimi Telman İbadov deyib.   Baş həkim qeyd edib ki,  əgər 4-5 il öncə Azərbaycanda 500 nəfər dializ müalicəsi alırdısa, bu gün onların sayı 3 mindən çoxdur.   Onun sözlərinə görə, hazırda Respublika Klinik Xəstəxanada 130 nəfər dializ xəstəsi qeydiyyatdadır.   T. İbadov vurğulayıb ki, il ərzində xəstəxanaya ən çox ürək-damar, mədə, böyrək xəstəlikləri ilə bağlı müraciətlər daxil olur.   Baş həkim onu da bildirib ki, xəstəxanada ölüm faizi çox aşağıdır: “Hər 1000 xəstəyə 4 ölüm düşür ki, bu da inkişaf etmiş Avropa ölkələri səviyyəsindədir”. /