İbadi Ərdoğana səsləndi: `İŞİD sünniləri öldürəndə harda idiniz`
Bağdadda keçirilən IX Beynəlxalq İslam Oyanışı Ali Şurasının iclasında çıxış edən İraqın baş naziri Heydər əl-Əbadi Türkiyənin Mosulun azad edilməsində iştirak etmək istəyinin kömək yox, nüfuz əldə etmək olduğunu bildirib. Maide.Az xəbər verir ki, O deyib ki, Türkiyə İŞİD İraqa daxil olanda bizə heç bir yardım etmədi. Baxmayaraq ki, biz Türkiyədən yardım istəmişdik. Onlara sual verirəm: İŞİD əhli-sünnət balalarını öldürüb, qadınlarını əsir edəndə harada idiz? İndi terrorizmi məhv etməyin son mərhələsində əhli-sünnət nigarançılığı səsini qaldırırsız. İŞİD-in birdən-birə əmələ gəlmədiyini deyən baş nazir, onların bəzi qüvvələr tərəfindən silahlandırıldığını, hərbi təlim aldığını və həmçinin maliyyə dəstəyi aldığını bildirib.