Maide.az

Badamın sağlamlığa olan mühüm faydaları

Zülal, dəmir və kalsium cəhətdən zəngin olan badamın faydaları saymaqla bitmir.   Tərkibində yüksək nisbətdə yağ olan badam normada yeyildikdə sağlamlığa faydalıdır.    Maide.İnfo aile.lent.az-a istinadən badamın bəlkə də çoxlarına məlum olmayan faydaları ilə sizi tanış edir.   - Hamilə qadınların südünü artırır və körpənin inkişafına kömək olur.   - Tərkibində olan yağlar çəki azaltmağı asanlaşdırır. İnsanı tox tutur, bu səbəbdən də ara paylarda 10-15 ədəd badam yemək olar. Çiy, duzsuz və qovrulmamış badama üstünlük versəniz, daha çox faydasını görərsiniz.   - Badam bədən və zehnin yorğunluğunu aradan qaldırır, böyrək, sidik kisəsində iltihabı yox edir.   - Öd daşlarının yaranmasına mane olur.   - Tərkibində olan yağ turşuları və fermentlər ürək-damar xəstəliklərindən qoruyur.   - Yaxşı və pis xolesterolun tarazlanması üçün badam olduqca faydalıdır.   - Pis xolesterolun yaratdığı xəstəliklərə tutulma ehtimalını azaldır.   - Fosfor sümük sağlamlığının qorunmasında əhəmiyyətli təsirə malikdir. Yaşlandıqca  artan sümük ağrılarının qarşısının alınması və dişlərin dayanıqlılığının artırılması üçün mütləq gündəlik olaraq badam yeyilməlidir.   - E vitamini baxımından zəngin olan badam antioksidant ehtiva etdiyi üçün ürək sağlamlığını əhəmiyyətli dərəcədə qoruyur. Tərkibində maqnezium, fol turşusu olması ürək xəstəliklərindən də qoruyur və arteriyalarda ləkə meydana gəlməsinə mane olur.   - Qələvi baxımından zəngin olan badam immunitet sisteminin güclənməsini təmin edir.   - Bədənə daxil olan qeyri-sağlam maddələrin atılmasını təmin edən qələvi tərkibi sayəsində bədəni mümkün xəstəliklərdən qoruyur.   - Badam yağı və badam südü dərinin təravətli qalması üçün əhəmiyyətli rol oynayır. Bir çox nəmləndirici və təmizlik məhsullarında istifadə edilən badam gündəlik də yeyildikdə dəri sağlamlığını qoruyur.   - Kalium tərkibi sayəsində qan təzyiqini tənzimləyir.   - Riboflavin, manqan və mis ehtiva edən badam enerjinin artmasını təmin edərək insanın aktiv olmasına dəstək verir.   - Pəhriz lifi baxımından zəngin olan badam sütun xərçənginin meydana gəlməsinin qarşısını alır.   - Yeməklərdən sonra yeyilən badam insulin və qlükozanın artmasına mane olur.   - Badam yemək şəkər səviyyəsini də nizamlayır.   - Lif baxımından zəngin olan badam qəbizliyin aradan qaldırılmasında təsirli qidadır. Araşdırmalara görə, gündə 5 dənə badam yemək qəbizliyin aradan qaldırılması üçün kifayətdir. /