Maide.az

Bağdadın hava limanı raket hücumuna məruz qalıb

İraqın paytaxtı Bağdad şəhərinin hava limanı raket hücumuna məruz qalıb.   Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava limanının ərazisinə üç raket düşüb.   Məlumata əsasən, raketlər Əbu-Qreyb rayonunndan atılıb. Raketlərdən biri avtomobil dayanacağına düşüb və 4 avtomobilə zərər dəyib.   Raket hücumu nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.