Maide.az

Bağdadda törədilən partlayış nəticəsində 10 nəfər ölüb

Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 30-dan çoxu xəsarət alıb.   İnsident Bağdadın şimalında yerləşən bazarda, avtobus dayanacaqlarının yanında qeydə alınıb.   Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, onun arxasında "İŞİD”-in olduğu ehtimal edilir.   Bundan əvvəl Bağdadın beynəlxalq hava limanı yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində 5 nəfər xəsarət almışdı.