Maide.az

Bağdadda Səudiyyənin MBC telekanalına etiraz

Səudiyyə Ərəbistanı MBC telekanalının Şəhid Əbu Mehdi Mühəndis barədə yayımladığı qalmaqallı reportaja Bağdadda etiraz edilib.   Maide.Az xəbər verir ki, İraq mətbuatının verdiyi məlumata görə, MBC telekanalının Bağdad ofisi qarşısında toplaşan qrup bu kanalın təhqiramiz yayımını sərt şəkildə qınayıb.   Bildirilib ki, İraq Haşdi Şabi qüvvələrinin başçısı Falih əl-Fəyyad Şəhid Əl-Mühəndisini tənqid edən MBC telekanalından müvafiq orqanlara şikayət edib.   Məsələ ilə əlaqədar Həşdi Şabi qüvvələrinin qərargahından, "Səudiyyə telekanalı Şəhid Əbu Mehdi Mühəndisin parlaq imicini ləkələmək üçün müqavimət komandirinə qarşı yalan ittihamlar səsləndirdi", - deyə bildirilir.   Haşdi Şabi qüvvələrinin Baş İdarəsi İraqdakı televiziya nəzarət agentliyindən Səudiyyə telekanalının Şəhid Əl-Mühəndis barədə səsləndirdiyi təhqiramiz fikirlərə münasibət bildirməsini xahiş edib.   İraq Parlamenti Rabitə və İnformasiya Komissiyası MBC-nin Bağdad ofisinin bağlanmasını istəyib.