Maide.az

Bağdadda partlayışlar: 8 ölü, 21 yaralı

İraqın paytaxtı Bağdadda bir neçə güclü partlayış törədilib.   Maide.az xəbər verir ki, terrorçular əvvəlcə Bağdadın Ur ticarət mərkəzinin yaxınlığındakı bombanı işə salıblar.   Bu zaman 2 nəfər ölüb, 6 nəfər yaralanıb.   Daha sonra paytaxtın cənubundakı Əl-Yusifiyyə bölgəsində bazarda bomba partladılıb. Bu hadisədə də 4 nəfər ölüb, 7 nəfər yaralanıb.   Ət-Topci mağazaları yaxınlığında törədilən terror aktı nəticəsində isə 2 nəfər ölüb, 8 nəfər yaralanıb.   Qeyd edək ki, İŞİD terror qruplaşmasının üzvləri Bağdadda tez-tez terror aktları həyata keçirirlər./