Maide.az

Bağdadda partlayış: 20 nəfər öldü

İraqın paytaxtı Bağdadda bomba yüklənmiş maşın partladılıb. Maide.az xəbər verir ki, hadisə şəhərin Əş-Şurta ər-Rabia bölgəsində baş verib. İŞİD terrorçu qruplaşmasının üzvləri insanların çox olduğu yerdə avtomobili partladıblar. Törədilən terror nəticəsində 20 nəfər ölüb, 32 nəfər yaralanıb. Bundan başqa, Əş-Şağb bölgəsində də iki avtomobil daha partladılıb. Bu hadisələrdə isə ölən olmayıb. Dünən axşam isə Bağdadda törədilən bombalı hücumlar nəticəsində 16 nəfər ölmüş, 47 nəfər yaralanmışdı./