Maide.az

Bağdadda partlayış: 18 nəfər öldü

İraqın paytaxtı Bağdadda Əhli-beyt (ə) ardıcıllarının hüseyniyyəsi yaxınlığında baş verən  partlayış nəticəsində 18 nəfər həyatını itirib.     Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki,  Bağdad polis rəsmisi  Hilal Əz-Ziyab  bildirib ki, partlayışlar şəhərin Əs-Sadr məhəlləsində  baş verib.    Məlumata əsasən, Bağdadda baş verən partlayış nəticəsində 93 nəfər yaralanıb.   “Əl-Ərəbiyə” telekanalının xəbərinə görə, Bağdadın şərqində silah-sursat anbarında partlayış baş verib.