Maide.az

Bağdadda Müqtəda əs-Sədrin müxalif «Əs-Sayrun» bloku qalib gəldi

İraqda keçirilən parlament seçkilərində Bağdad üzrə müxalif «Əs-Sayrun» koalisiyası hamıdan çox səs toplayıb.   Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, Müqtəda əs-Sədrin dəstəklədiyi koalisiya parlamentdə 18 mandat qazanıb.   “Həşdi-Şabi” qruplarının yer aldığı Fəth koalisiyası, sabiq baş nazir Nuri Əl-Malikinin dəstəklədiyi Qanun Dövləti Koalisiyası, hazırki baş nazir Heydər əl-Abadinin Nəsr koalisiyası, və yenə sabiq baş nazir İyad Əllavinin Vətəniyyə koalisiyasının hər biri 8 mandat əldə edib.   Sünni lider Üsamə ən-Nüceyfinin Qərar koalisiyası, digər sünni koalisiyası olan Bağdad koalisiyası və şiə liderlərdən Əmmar əl-Həkimin Hikmət koalisiyasının hər biri isə 4 mandata sahib olub.   Digər şəhərlərdə isə nəticələr belə olub:   Kərbala şəhəri – 1. Həşdi-Şabi, 2. Sairun, 3. Nəsr   Ənbar şəhəri – 1. Ənbar Şəxsiyyətimiz koalisiyası, 2. Vətəniyyə, 3. Qərar, 4. Nəsr   Bəsrə şəhəri – 1. Fəth, 2. Sairun, 3. Nəsr   Qut və Amara – 1. Sairun, 2. Fəth, 3. Nəsr   Babil, Bəsrə, Divaniyyə - 1. Fəth   Diyala şəhəri – 1. Qərar, 2. Fəth   Səmavə şəhəri – 1. Sairun, 2. Fəth   Qadisiyyə şəhəri – 1. Fəth, 2. Sairun, 3. Nəsr   Bundan başqa, baş nazir Heydə əl-Abadinin koalisiyası heç bir şiə vilayətində birinci ola bilməyib.   Kərkük, Mosul, Ərbil, Süleymaniyə və digər şəhərlərin nəticələri yaxın saatlarda açıqlanacaq.