Bağdaddakı partlayışda həlak olanların sayı 25 nəfərə çatıb
İraqda Bağdadın şimalında Raşidiyyə bölgəsində baş verən partlayışda ölənlərin sayı 25 nəfərə çatıb. Maide.Az xəbər verir ki, partlayış bazarda baş verib. Partlayış nəticəsində onlarla insanın yaralandığı bildirilir. Xatırladaq ki, iyulun 3-də İŞİD intiharçıları paytaxtın Əl-Karrada rayonunda ikiqat terror həyata keçirmişdi. O zaman dəhşətli partlayış nəticəsində 290 nəfərdən çox insan həlak olmuş, yüzlərlə insan yaralanmışdı. Bu terror hücumu 2003-cü ildən indiyədək İraqda baş vermiş ən qanlı hadisə idi. İraqın DİN rəhbəri bu terrordan sonra istefa vermişdi.