Bağdadda baş vermiş partlayışda 24 zəvvar həlak olub
Bağdadın Nəhrəvan bölgəsində bomba dolu avtomobilin partlaması nəticəsində 24 nəfər zəvvar həlak olub. Maide.Az xəbər verir ki, partlayış nəticəsində onlarla şəxs yaralanıb. Xəbərdə bildirilir ki, partlayışda ölən şəxslər İmam Kazımın (ə) hərəmini piyada ziyarətə gedən zəvvarlar olub. Rəcəb ayının 25-i İmam Kazımin (ə) şəhadət günüdür.