Maide.az

İbadət və davamiyyət

  Öncəki yazını BURADAN oxuya bilərsiz!   İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Qurani-Kərimdə buyurulur: فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ “Allaha pərəstiş et, Ona ibadətdə səbirli ol!” (“Məryəm” surəsi, ayə 65.) Allahın Rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bəzən əməl edib, bəzən tərk etməkdir.” (“Biharul-ənvar”, 77-ci cild, səh.68.) Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!” (“Nəhcül-fəsahə”.) Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühüm şərtdir. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.20-21.) Maide.az