Maide.az

Bəzi ölkələrdə 'Google', 'Youtube' və 'Gmail'in işləməməsinin səbəbi açıqlanıb

Dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyə və Yaponiyada "Google" sistemi, “Youtube”, “Gmail”, “Google Analytics” platformaları işləmir.   Maide.Az "Report" a istinadla xəbər verir ki,  Avropa optik magistral kabellərində irimiqyaslı qəza internet birləşmələrində fasilələrin yaranmasına səbəb olub”.   Bildirilib ki, “Google”un interaktiv xəritəsinə əsasən, Azərbaycan, Almaniya, Avstriya, Belarus, Böyük Birtaniya, İrlandiya, İtaliyanın şimalı, İsveçrə, Türkiyə, Macarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Gürcüstan və Ermənistanda 1,5 saat internetdə fasilələr yaranıb, “Google" sistemi, o cümlədən Gmail”, “Youtube”, “Google Analytics”, “Google Play” işləməyib   Qeyd edilib ki, qəzanın nəticələri aradan qaldırılır.