Maide.az

Bəzi smartfonlarda WhatsApp işləməyəcək

2020-ci il fevralın 1-dən etibarən köhnəlmiş əməliyyat sistemelərində WhatsApp işləməyəcək.   Maide.Az "Sputnik"ə istinadla bildirir ki, bu barədə şirkətin bloqunda deyilir.   Yenilik həm Android, həm də iOS-un dəstəklədiyi smartfonlarda olacaq: Android 2.3.x (Gingerbread) və 2014-cü ilin iOS 8 sistemində mesencer işləməyəcək.   WhatsApp-dan istifadəni kəsmək istəməyənlər qacetlərini sistemlərin son versiyası ilə yeniləməlidirlər, əgər bu mümkün olmazsa, o zaman yeni telefon almalı olacaqlar. Android 2.3.x (Gingerbread) və iOS 8 əsaslı smartfonlarında yeni hesab yaratmaq, yaxud əvvəl mövcud olanı qeydiyyatdan keçirmək alınmayacaq.   Şirkətin mütəxəssisləri həmçinin Windows Phone-un bütün versiyalarına dəstəyin dayandırılacağını da bəyan ediblər. Bu, 2019-cu il dekabrın 31-də baş verəcək.