Maide.az

Bəzi xəbər saytları niyə işləmir? - SƏBƏB

Bir neçə dəqiqədir ki, bəzi xəbər saytlarının fəaliyyətində yaranan məhdudiyyətlər hostinqlə bağlıdır.   Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər. Qurumun mətbuat xidmətindən bildiriblər ki, saytlarda yaranmış problem artıq həll olunub:   "Bəzi saytlarda yaranmış problem onların serverləri ilə bağlıdır.   Misal üçün, bir anda sayta 500 mindən artıq istifadəçi daxil olduqda həmin veb-saytda yüklənmə baş verir.   Bu, hostinqin tutumu az olduqda meydana gəlir.   Fəaliyyətində problem olmayan saytlarda isə tutum çox olduğundan onların işində ləngimələr yaranmayıb".