Bəhreyn Alimləri İslami Məclisinin sədri saxlanılıb
Ali Xəlifə rejimi təhlükəsizlik qüvvələri Bəhreyn Alimləri İslami Məclisiin sədri Seyid Məcid Məşəli həbs edib. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, M.Məşəlin hansı ittihamla həbs olunduğu açıqlanmayıb. Qeyd edək ki, iyun ayının əvvəlində də Ali Xəlifə rejimi Seyid Məcid MƏşəli həbs etmişdi və iki gün sonra sərbəst buraxımışdı. Bundan öncə Seyid Məcid MƏşəl Bəhreyn şiələrinin lideri Ayətullah İsa Qasimi dəstəklədiyi üçün 18 ay həbsdə saxlanılıb.