Bəhreynli ruhani Şeyx Məhrusun səhhəti daha da pisləşib
Ali-Xəlifə rejiminin həbsində olan bəhreynli ruhani Şeyx Mirza Məhrusun səhhəti daha da pisləşib. Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreynli fəallar kolit xəstəliyindən (yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi) əziyyət çəkən ruhani Şeyx Mirza Məhrusun durumu ilə bağlı narahatdır. “Şeyx Məhrus kolit xəstəliyindən əziyyət çəkir. Ali xəlifə rejimi onu müalicədən və lazimi dərmanları alıb istifadəsindən məhrum edib. Buna görə O qanaxmadan əziyyət çəkir”. Qeyd edək ki, Şeyx Məhrus 2011-ci ildə 11 il müddətinə azadlıqdan məhrum edilib.